Poetry

Qələmzər Qəmərli

Qəmərli oba, elə gələn, əziz qonaqlar!

Hamılıqla xoş gəlmisiniz!

Bir beş-on dəqiqəliyinə qulaq asın mənə,

Bir eşidin, görün nəyə gəlmişəm?

Səksən yaşında bir qadınam,

Qəmərlimizin adına söz deməyə gəlmişəm.

Bu kənddə olana bahar nədir, yaz nədir?

Bu oynayıb-gülən oğul-qızlarımıza qabal nədir, saz nədir?

Dayımın oğlanları burdadırmı? Mənə deyir: “Az danış”!

“Az” nədir?! Ürək coşub, yüz deməyə gəlmişəm.

Qəmərlimizin adına söz deməyə gəlmişəm!

Qəmərli! Əyriqarın ətəyində yerləşən.

Haqqın xoş payıdır bizə, Qəmərli!

Şahmarlıyla qardaş kimi, dost kimi

Dayanıbdır üzbə-üzə, Qəmərli!

Qəmərlidə yaşayır çox ər oğlu ər,

Daim xeyir görsün, heç görməsin şər.

Əsməsin üstündən heç acı yellər,

Gəlməsin nəzərə-gözə, Qəmərli!

Nurlu Qəmərli! Gör nə gözəl adın var!

Sənə ana deyən, gör nə qədər cavanların var!

Suyun bal, havan bal, şirin dadın var,

Çox şirin gəlirsən bizə, Qəmərli!

Qəmərli! Belə ki, sənin cavanların, gözəllərin var

Öyünməyə də haqqın var, öyün!

Allahdır ağası yerin-göyün,

Heç əksik olmasın səndən toy-düyün,

Sevincin goy çıxsın üzə, Qəmərli!

Ay, Qəmərli! Sənə qurban Qələmzər!

İstər Rusiyada olsun, istər Bakıda olsun, istər burada

Sənin öyünməyə oğlanların var,

Bəyin də var, xanın da var.

Oduna yanıb, suyunla axanın da var.

Sənə böhtan deyib, gəc baxanın da var,

Batsın o göslərə nizə, Qəmərli!

Övlad bil özünə mən Qələmzəri.

Toydur, toydur, gəl incitmə, sən Qələmzəri.

Parçala, yarı böl, sən Qələmzəri!

Qələmzər bu dərdə dözür, Qəmərli!

Qəmərli dediyimiz bir gözəl güşə,

Alt yanımız dənizdir, üst yanımız meşə.

Yağı, qaymağı bənzər kişmişə,

Şirindir, şəkərdir, baldır, Qəmərli!

***

Qəmərli bu şirinliyilə, şəkərliyilə, gözəliyilə.

Respublikamız Gürcüstanın qoynunda yerləşir.

Gürcüstanı özünə ana hesab edir.

Bizi də qoynuna alıb, bala kimi saxlayıb bu dərəcələrə çatdırıb

İndi biz Gürcüstanı Qəmərlidən seçə bilmərik.

Onda Gürcüstan qalxıb deyər: “Ey, ananı baladan ayıran gəlin!

Bala, görüm səni ol ayrım-ayrım!

Ay Allah! Məni Qəmərliylə bir yerdə deməyənin,

Olsun qarşısında yol ayrım-ayrım!”

Gürcüstan! Bir zaman yağılar taladı səni,

İndi sevinc gəlib düzə, Gürcüstan!

Deyirəm, xar olsun el xayinləri,

Bir daha düşməsin izə, Gürcüstan!

Gül-çiçəkli baxça sənin, bar sənin

Alma sənin, heyva sənin, nar sənin.

Şirin suyun, gözəl havan var sənin.

Yaraşırsan saza, sözə Gürcüstan!

Suyun bir loğmandır, torpağın sənət,

Sənə sığınıbdır gör neçə millət.

Başda ağıl varsa, qolda da qüvvət,

Sənsən taqət verən bizə, Gürcüstan!

Ürəyin genişdir, qoynun da geniş

Səni çox sınadı sərt, yoxuş, eniş.

Yaxşılıq tez itir, bax belədir iş

Pisliyi çəkərlər üzə, Gürcüstan!

Güllü Gürcüstana xoş zaman gəlib.

Bu varlı torpaqda boş qalarmı dib?

Havan bir loğmandır, suyun bir təbib,

Səndə ömür çatır yüzə, Gürcüstan!

Əl dayanmayır bulaqların buzuna.

Kimdir baxan bozartmanın duzuna?

Şərabın süzüləndə kəl buynuzuna,

Kababın göz edir közə, Gürcüstan.

Şadlanırıq gəzə-gəzə bu yurdu,

Biz görmürük axı təzə bu yurdu.

Allah pay veribdi bizə bu yurdu.

Gəlməsin nəzərə-gözə, Gürcüstan!

Ürəyi geniş ol, olma qəlbi daş,

Heç millət çəkməsin səndən intizar.

Bir il səkkiz  aydır Aftandil səndən gedib

Amma səndən bir xahişi var:

“Qələmzərin qəlbini bu gözəl şerlərlə, sözlərlə bəzə, bəzə Gürcüstan!”

Qoy var olsun, sağ olsun, 

Bu Gürcüstanda yaşayan nə millət olur olsun.

Hamısına uzun ömr, can sağlığı ilə yola salaq. Allah saxlasın!

Dmanisi, Qəmərli

2019

Source

Transcribed by Parvin Ahanchi